Bu maraqlıdır!

Dünyanın ən kiçik quşu

Dünyada ən kiçik quş, kolibri quşudur. 


Bu quşun növləri ən çox Amerikada yayılıb. 350-dən çox növü məlumdur. Ən böyük növ kolibri quşunun uzunluğu 22 santimetrdir. Ən kiçik kolibri quşunun uzunluğu isə 6 santimetr, çəkisi isə 2 qramdır. Kolibrinin lələkləri o qədər gözəl yaradılıb ki, qiymətli daşa bənzəyir. Günəş işığında lələkləri parıldayır və rəngini dəyişir. Kolibri uzun müddət uçmadan havada dayana bilir.

 

Kolibri uzun dimdiyə malikdir. Dimdiyi vasitəsilə çiçəklərdən şirə çəkərək qidalanır. Bu möcüzəvi quş yuvasını otlardan hörür. Yuvası qoz böyüklüyündə olur. Onun yumurtaları isə noxud boyda olur. Bu quşun cəsurluğuna söz ola bilməz. Əgər düşmən onun yuvasına yaxınlaşarsa, kolibri cəld havaya qalxıb dimdiyini ox kimi onun gözünə sancar.