Musiqi

Zeynal Cabbarzadə. Bahar gəlir

Musiqi: Fikrət Əmirov

Oxuyur: "Canbala" qrupu

 

Axar sular aşır daşır,
Dağ-dərələr yaşıllaşır
Sevincimiz həddən aşır,
Ay uşaqlar, xoş bahar gəlir.

 


Dağda çoban çalır tütək
Ot otlayır qoyun-inək
Əsir sərin-sərin külək
Ay uşaqlar, xoş bahar gəlir.

 


Quşlar uçur qatar-qatar
Çiçəklənir göy bağçalar
Ay uşaqlar,ay uşaqlar
Sevincimiz xoş bahar gəlir.