Yumor

Bir ölkədə iki padşah olmaz

Bir padşahın oğlu atasından əl çəkmədən tələb eləyir ki, mən də padşah olmaq istəyirəm. Atası nə qədər öyüd-nəsihət eləyir ki, oğul, bir ölkədə iki padşah olmaz, mən öləndən sonra yerimə keçərsən. Oğul, əl çəkmir ki, çəkmir. Bu mübahisəni kəsmək üçün Bəhlula müraciət edirlər ki, bu işə bir əncam çəksin.


Bəhlul oğlana bir qılınc qını, iki ədəd isə iti qılınc verib dedi:
-Oğul, bu iki qılıncı bir qına elə yerləşdir ki, nə qılınc qırılsın nə də qın.


Oğlan nə qədər çalışdısa, iki qılınc bir qına yerləşmədi. 


Bəhlul dedi:
-Bala, bax, bir ölkədə iki padşahın olması buna bənzəyir.


Odur ki, oğlan fikrindən əl çəkdi.