Xəbərlər

Balacalar üçün heykəltəraşlıq üzrə ustad dərsi

Bakı, 15 may, AZƏRTAC


Mayın 19-da “Balaca Yarat” ənənəyə sadiq qalaraq uşaqlar üçün heykəltəraşlıq üzrə ustad dərsi keçiriləcək.  


AZƏRTAC xəbər verir ki, budəfəki ustad dərsi Arte Povera (Kasıb İncəsənət) üslubuna həsr olunub. Uşaqlar sənayə və qeyri-bədii materiallardan istifadə edərək, sənayə heykəltəraşlığı nümunələri yaradacaqlar.


Qeyd edək ki, saat 11:00-dan 14:00-dək keçiriləcək ustad dərsi ödənişsizdir. Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır.