Bu maraqlıdır!

Piza qülləsi

Piza qülləsi İtalyanın Piza şəhərindədir və orta əsrlərin möhtəşəm tikililərindən biri hesab edilir. Bu qülləni hamı “düşən” qüllə adlandırır. Piza qülləsi bir möcüzə olaraq qalmaqdadır. Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanıb. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metrdir. Onun ümumi kütləsi 14453 ton hesab olunur. Tikilinin əyilmə meyli 3,97 dərəcə sayılır. Şaquli vəziyyətindən 3,9 metr uzaqdadır. Qüllənin, həmçinin 294 pilləsi var. 


Qüllənin yuxarı hissəsi vertikaldan 5 metr maillənmiş vəziyyətdədir. Başqa sözlə desək, qüllə 5 metr əyilib. Qüllənin yuxarısına çıxan hər bir kəs bunu çox sadə bir üsulla yoxlaya bilər. Belə ki, qüllənin başından atılan bir daş qüllənin dibindən 5 metr aralıya düşür. Bu da qüllənin vertikaldan 5 metr meylləndiyini, yəni - 5 metr əyildiyini görsədir.


Bəs, qüllənin əyilməsinə səbəb nədir? Hələ heç kəs bunun dəqiq səbəbini bilmir. Sözsüz ki, qüllə inşa olunan bu vəziyyətə düşməsi planlaşdırılmamışdı. Belə hesab edilirdi ki, qüllə inşa edildikdən sonra əsrlərlə düz, dik duracaq.


Ümumilikdə isə Piza qülləsinin memarlığı italyan abidələri içərisində ilkin yer tutur və bu ansambl 1063–cü ildən hazırlanmağa başlanıb. Hətta Piza kilsəsində İtaliya tarixində mühüm rol oynayan bir neçə şəxsin qəbri də var. Bunlardan ən tanınmışı isə alman imperatoru VII Henrikdir.


Qüllə Baş kilsənin yanında, kilsə zənglərinin asılması məqsədilə inşa edilib. İnşasına 1174-cü ildə başlanıb və 1350-ci ildə başa çatıb. Naməlum səbəblərdən qüllənin inşası 176 il sürüb. Son 100 ildə qüllə 0,3 metr, yəni-33 santimetr əyilib. Mühəndislər belə hesab edirlər ki, qülləni haqlı olaraq “düşən” qüllə adlandırırlar. Çünki, ya gec, ya da tez, nə vaxtsa qüllə düşəcək, yəni – yıxılacaq.