Xəbərlər

Respublika fənn olimpiadalarında 52 paytaxt məktəblisi uğur qazanıb

Bakı, 16 may, AZƏRTAC 

 

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən 10-u qızıl, 14-ü gümüş, 28-i bürünc olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb.

 

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən VII-VIII sinif şagirdlərinə də IX siniflərlə bərabər öz bilik və bacarığını sınamaq imkanı verilib.

 

Olimpiadaların təşkil edilməsinin məqsəd istedadlı uşaqların aşkarlanması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.