Şeirlər

Zahid Xəlil. "Mavi"

Dəniz necə təmizdi,
Mavi göy üzü kimi.
Damlalar parıldayır,
Bir balıq gözü kimi.

 

Küləklər pozsa əgər,
Dalğanın ahəngini.
Dəniz də dəyişəcək,
Həmin saat rəngini.

 

Xəzri güclənsə bir az,
Coşacaq, deyinəcək.
Hirsindən göyərəcək,
Tünd yaşıl geyinəcək.

 

Günəş sakitləşəndə,
Geyinər mavi paltar.
Gəlib sahillərində,
Oynaşar şən uşaqlar.