Atalar sözləri

Əmək xoşbəxtliyin açarıdır.

Bağ bağbansız olmaz, dəvə sarbansız!
*****
Bağa “bağ” deməyiblər, “bax” deyiblər.
*****
Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.
*****
Halva-halva deməklə ağız şirin olmaz.
*****
İstəyirsən bal-çörək, al əlinə bel-kürək!
*****
Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
*****
Bağ salan barın yeyər.
*****

 

Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
*****
Əkiblər, yemişik, əkərik, yeyərlər!
*****
Dərziyə köç dedilər, iynəsini yaxasına sancdı.
*****
Torpaq deyər: “Öldür məni, dirildim səni”.