Bu maraqlıdır!

Həşəratlar və heyvanlar təbiəti necə görürlər?

Həşəratlar və heyvanlar təbiəti necə görürlər? Bu sual insanlarda həmişə maraq doğurub. İndi bu suala sadə kamera və kompüterin köməyi ilə cavab vermək mümkündür.


Böyük Britaniyanın Ekseter Universitetinin alimləri təsvirləri ayırd edən və multispektral kalibrlənmə cihazı işləyib hazırlayıblar. Bu cihazda insanlar təbiəti heyvanların gözü ilə görə biləcəklər.


Əvvəlcə kamerada siyahıda olan heyvanlardan birinin adı seçilir. Sonra kamera şəkilləri çəkir, fotolar kompüterə yerləşdirilir. Kompüter avtomatik olaraq uyğun rəngi seçir.


Qeyd edək ki, bəzi heyvanlar təbiəti yalnız qırmızı, bəziləri göy və sarı rəngdə, digərləri isə insanın xüsusi kamera olmadan görə bilmədiyi rənglərdə görür. Bildiyimiz kimi heyvanlar özlərini qoruyan zaman müxtəlif rənglərə düşürlər. Alimlər yeni cihazdan bu prosesləri öyrənmək məqsədilə də istifadə edəcəklər.