Görkəmli şəxsiyyətlər

Öz zəkası ilə dünyanı heyrətləndirən dahilər

Volfqanq Amadey Motsart: Klassik musiqinin dahilərindən biri olmuşdur. 15 yaşından operaları ilə hər kəsin diqqətini cəlb etməyi bacarmışdır. 35 yaşında vəfat edən bəstəkar, sağlığında 626 əsərə imza atmışdır.

 

 

 

 

 

Jan Nikolas Artur Rembo: Fransız şair, simvolizmin ədəbiyyatda ən böyük təmsilçilərindən biri olmuşdur. 37 il yaşamış, qısa həyatı kasıblıqla keçmişdir. Cəmi 3 il şeir yazan şair, 20 yaşından sonra səyahətlərə çıxmışdır. Yaradıcılığı boyunca sevilən və seçilən şəxsiyyətlərdən biri olmuşdur.

 

 

 

 

Evaris Qalua: Fransız riyaziyyatçısı, müasir cəbrin və qrup nəzəriyyəsinin banisi olmuşdur. Bu kəşfi gənc yaşlarında etmiş, son yüzillikdə riyaziyyatın bütün sahələrində Qaluanın ideyaları bu və ya digər şəkildə tətbiqini tapmışdır. 20 yaşında dueldə öldürülmüş, əsərləri müxtəlif dillərə tərcümə olunmuşdur.

 

 

 

 

 

 

Nikolay Aleksandroviç Dobrolyubov: Cəmi 25 il yaşayan N.Dobrolyubov bu qısa ömürdə rus nəsrinin ən parlaq simalarından biri olmağı bacarmışdır. Tənqiddə, poeziyada qələmini sınamışdır. İvan Qonçarovun “Oblamov” romanı haqqında yazdığı təhlil yazısı əsərin özü qədər məşhurdur. 

 

 

 

 

 

 

 

 

 

 

Mixail Lermontov: “Zəmanəmizin qəhrəmanı” kimi mükəmməl bir romanın müəllifi, görkəmli Rus şairi Azərbaycanın maarifpərvər insanı Mirzə Fətəli Axundov ilә çox tez-tez ünsiyyətdə olmuşdur. Mirzə Fətəli Axundov Lermontova Azərbaycan dilini öyrətmişdir. 26 yaşında dueldə öldürülən Mixail Lermontovdan geriyə onun hər kəsin könlündə taxt quracaq əsərləri qalmışdır. 

 

 

Şah İsmayıl Xətai:  Şair, Səfəvilər dövlətinin banisi və ilk şahı olmuşdur. 15 yaşında imperiya qurub özünü şah elan etmiş, adını tarixə yazdırmışdır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Albert Eynşteyn: Alman nəzəriyyəçisi, müasir nəzəri fizikanın yaradıcılarından biri olmuş Albert Eynşteyn dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü olmuşdur (1926). Albert Eynşteyn dünyaya səs salan Nisbilik nəzəriyyəsini 26 yaşında ortaya çıxarmış, 76 yaşında vəfat etmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

 

 

Janna Dark: Cəmi 19 illik həyat yaşayıb. Uşaqlıq illəri Fransa və İngiltərənin 100 illik müharibəsinə təsadüf etmişdir. 16 yaşından ingilislərə qarşı vuruşmuşdur. 19 yaşında ingilislər tərəfindən əsir götürülüb və diri-diri yandırılıb. 

 

 

 

 

 

 

 

Mark Zukerberg: 20 yaşında Facebook kimi nəhəng sosial şəbəkə yaratmışdır. Hazırda 34 yaşındadır və hələ də dünyanı heyrətləndirməkdə davam edir.