Tapmacalar

Birlikdə tapaq

Ağırlığın yer götürər,
Ruzisin Allah yetirər. 
(Yeni doğulmuş körpə)
 
 
 
Yoxu bilməz, var istər, 
Sancılmamış qələmdən
Dərilməmiş bar istər. 
(Övlad)
 
 
 
Cərgə-cərgə söyüdlər,
Beli bağlı igidlər.
(Diş)
 
 
Üstü inci, mirvari,
Arasında bir yarpaq. 
(Dil)
 
 
 
 
Nə baltadır, nə kərki,
Bütün kəsərdən iti. 
(Ağıl)
 
 
 
 
 
 
Mən gedərəm, o da gedər.
(Kölgə)