Tapmacalar

Təbiət hadisələri haqqında tapmacalar

 

Ağ sandığım açıldı,
İçinnən nur saçıldı.
(Sübh çağı)

 

Aləmə işıq salır,
Axşam gül kimi solur.
(Günəş)

 

 

 

Ağ tas, qızıl tas,
Birin götür, birin as.
(Ay, gün)


Alçacıq quyu,
Dambıldar suyu.
(Damcı)

 

 

 

Anam atlandı,
Xalı qatlandı,
Quyruq bulandı,
Qum səpələndi.
(Yağış)

 

 

  


Atdım atana,
Dəydi kotana,
Suda balığa,
Düzdə ceyrana.
(İldırım, dolu)