Bayatılar

Bayatılar

Əzizim, çəmən yaxşı,
Çiçəkli çəmən yaxşı.
Təravətdə qərənfil,
İydə yasəmən yaxşı.

 

Gün getdi, ay gəlmədi,
Qış getdi, yay gəlmədi,
Yandı göl susuzluqdan,
Bir sulu çay gəlmədi.

 

 

Əzizim, xırda qarpız, 
Qırmızı girdə qarpız, 
Urmu Gölü qurusa,
Yemərəm bir də qarpız. 

 

Şirinlərin şiriniyəm,
Acıların acısıyam.
Kimin bacısı yoxsa,
Mən onun bacısıyam.

 

 

El batır qəm dəryada, 
Kimə gedim mən dada? 
İgid döyüşdə ölsə, 
Adı qalar dünyada.

 

Sular gələr, göl dolar, 
Şaxta vurar, gül solar, 
Mərd igidin balası, 
Özü kimi mərd olar.