Bu maraqlıdır!

Sədaqətin ən yaxşı nümunəsi: Hatiko

Hatiko –  “Akita-inu” cinsindən olan bu it Yaponiyanın sadiqlik və vəfalılıq rəmzidir.


Hatikonun sahibi Tokio universitetinin professoru hər gün metro ilə işə gedirmiş və Hatiko onu hər gün metro stansiyasından işə, işdən evə ötürürmüş. Bu hal professorunun dərs zamanı infarktdan keçindiyi günə qədər davam edib. Hər gün sahibini görmək ümidi ilə metro stansiyasına gələn it sahibini görmədiyi üçün həmin metro stansiyasında gecələyirdi. Bir neçə dəfə professorun yaxınları və dostları iti öz evlərinə aparmağa cəhd etsələr də, it qaçaraq həmin metro stansiyasına gəlirmiş. Bu hal 9 il ərzində hər gün təkrarlanıb.


Bir gün Hatikonun cəsədi metro stansiyasının yaxınlığında hərəkətsiz qatarın altında aşkarlanıb. Vəfalı dostun sağlığında ikən ona stansiya yaxınlığında heykəl ucaldılıb. Öləndən sonra isə ölüm tarixi Yaponiya xalqı üçün matəm günü elan edilib. Bənzərsiz dost haqqında çəkilmiş Hollivud filmi isə bütün dünyada onu daha da məşhur edib.