Təbiət

Öz-özünə yaranan dünyanın ən böyük çiçəyi-Raffleziya Arnoldi

Malay arxipelaqında yerləşən ekzotik Sumatra, Kalimantane və Yava adalarında əsl təbiət möcüzəsini görmək olar. 


Raffleziya Arnoldi adlanan çiçək dünyanın ən böyük çiçəyidir. Çiçəyin adı isə onu ilk dəfə tapan zabit Rafflz və botanik Arnoldun adı ilə bağlıdır. Yerli əhali onu “bunqapatma”, yəni “lotos çiçəyi” adlandırırlar. Çiçək böyük olması ilə yanaşı, həm də möcüzəli şəkildə tibbi əhəmiyyətlidir. Bu çiçəyin nə yarpaqları, nə də kökü var. O öz-özünə yaranır və yaşayır. 


Ən böyük Raffleziya çiçəyinin diametri 106,7 santimetrdir. Bütün çiçəyin çəkisi təxminən 6-11 kiloqram olur, ləçəklərinin uzunluğu isə 46 santimetrə çatır. Yerli əhali çiçəkdən müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə edirlər.