Xəbərlər

Şaolin döyüş sənəti üzrə açıq Bakı kuboku yarışlarının qalibləri müəyyənləşib

Bakı, 13 iyun, AZƏRTAC

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə şaolin döyüş sənəti üzrə açıq paytaxt kuboku yarışları keçirilib.

 

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirdə 13 klubdan 160 idmançı birincilik uğrunda mübarizə aparıb.

 

Yarışda Rəhim Abbasov (8-9 yaşlı idmançılar arasında), Hüseyn Hüseynov (10-12 yaş), Soltan Əlihüseynov (13-15 yaş), Elşən Quliyev (16-17 yaş), Turxan Cavadov (18 yaşdan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.