Təbiət

Dünyanın ən uca səsli heyvanları

Dünyanın müxtəlif yerlərində və fərqli iqlimlərdə yaşayan elə canlılar var ki, onlar insanı narahat edəcək dərəcədə uca səs çıxara bilir. Ən uca səsə malik 10 heyvan bunlardır:
 
 
Krevetka təxminən 200 desibel səs çıxara bilir. Dənizlərdə yaşayan bu canlı quruda yaşasaydı, bəlkə də insanların qulaqlarında böyük ağrılara və karlığa yol açardı.
 
 
 
Mavi balina xəbərləşmə xarakterli təxminən 188 desibel səs çıxara bilir. Bu, reaktiv mühərrikin, ya da bir əl bombasının səsindən daha güclüdür.
 
 
 
Ulayan meymunların səsi meşədə təxminən 16 kilometr məsafədən eşidilə bilir.
 
 
 
Fillərin çıxardığı səslər də xəbərləşmək xarakterlidir. Təqribən 8 kilometr məsafədən eşidilir. İndiyədək fil səsinin ölçüldüyü ən uzaq məsafə 32 kilometr olub.
 
 
 
 
Kaftarların hücuma keçərkən çıxardığı səslər təxminən 13 kilometr uzaqlıqdan eşidilə bilir.
 
 
 Şirlərin nəriltisi 8 kilometr uzaqlıqdan eşidilir.