Xəbərlər

Siyəzəndə dama üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Siyəzən, 8 avqust, Elxan Yusifli, AZƏRTAC

 

Siyəzəndə dama yarışı üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Gənclər Mərkəzində keçirilən turnir 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə təşkil olunub.

 

Yeniyetmələrin stolüstü oyunlara marağının artırılması və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan yarışın iştirakçıları olimpiya sistemi üzrə mübarizə aparıblar.

 

Oyunların yekun nəticəsinə əsasən turnirdə İsmayıl Rəfiyev birinci, Anar Cəfərov ikinci, Elmir Məcidov isə üçüncü yeri tutub.

 

Hər üç yerin sahibi Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif ediliblər.