Görkəmli şəxsiyyətlər

Şarlotta Bronte və onun şah əsəri “Ceyn Eyr”

İngilis yazıçısı Şarlotta Bronte 1816-cı ildə Yorkşirdə anadan olub. Bronte bacıları - Şarlotta Bronte, Anna Bronte, Emili Bronte XIX əsr  ingilis ədəbiyyatında tənqidi realizmin banilərindəndir. 

 

Şarlotta pansiyonda ödənişli təhsil alıb. Emili və Anna isə ev təhsili alıb. Məktəb haqqında Şarlottanın yaddaşında qalan acı xatirələr onun “Ceyn Eyr” əsərində özünü göstərir.

 

Pansiyonu bitirdikdən sonra orada o, müəllimə kimi işləməyə başlayır. 1837-ci ildə o öz şeirlərini dövrün məşhur şairi Robert Santa göndərir. Ancaq cavab olaraq Robert Sant yazır ki, ömrünü tam olaraq şeirə həsr etmək qadın işi deyil. 

 

1846-cı ildə 3 bacı öz şeirlərindən ibarət toplu nəşr etdirir. Kitabın adını "Bell" qoyurlar. Amma onlar kişi təxəllüsündən istifadə edirlər.  Şarlotta - Karres, Emili - Ellis, Anna - Ekton. 1847-ci ildə eyni təxəllüslərlə öz şeirlərini Londona göndərirlər. Emilinin "Tufanlı aşırım ", Annanın "Aqres Qrey" əsəri qəbul olunur. Şarlottanın "Müəllim" əsəri isə rədd edilir.

 

Şarlotta 1847-ci ildə nəşriyyata “Ceyn Eyr” ("Jane Eyre") əsərini göndərir. Kitab işıq üzü görür. Qısa müddətdə öz müəllifinə şöhrət gətirir. Dövrün tənqidçiləri tərəfindən yüksək qiymətləndirilir.

 

Şarlottanın bu əsərində surətlərin parlaq xarakteri, həyati həqiqətlərin açılışı realizmin bir nümayəndəsi kimi onun istedadından xəbər verirdi. Şarlottanın ən çox bəyəndiyi yazıçı Uilyam Tekerrey idi. Hötenin dahilik saydığı xüsusiyyət onda var idi. Bu da  insanların fərdi və subyektiv psixologiyasını bütün boyalarla göstərmək idi. 

 

Erkən yaşda valideynlərini itirən Ceyn Eyr xalası Ridin evində yaşayırdı. Həyatı o qədər də yaxşı keçmirdi. Belə ki, Rid onun öz xalası deyildi.  Anasının qohumu idi. Xanım Rid Ceynin valideynlərini sevmirdi.  Çünki Ceynin anası adlı-sanlı ailədən olmasına baxmayaraq, kasıb keşişlə evlənmişdi.

 

Xanım Ridin ailəsi - özü, uşaqları, hətta qulluqçusu belə Ceyni aşağılayırdı.  Ona həmişə orada məcburiyyətdən qaldığını xatırladırdılar. Yalançı, tərbiyə görməmiş adlandırırdılar.

 


Ceyn  Lovud məktəbində 8 ilini keçirir -  6 il şagird, 2 il müəllimə kimi.

 

Bu məktəbdə qızlar eyni geyinir, saçları eyni yığılırdı. Bura artıq Ceyn üçün doğma evə çevrilir. Burada müəllimlər qəddar, tərbiyəçilər laqeyd idilər. Onların içərisində yalnız direktor - xanım Templ mehriban idi.  O kimsəsiz qızlara qarşı daha mehriban idi.

 

Ceyn qərar alır ki, Lovuddan ayrılsın və mürəbbiyə kimi işləsin. Qəzetə elan verir. Tormfild adından ona samballı bir təklif gəlir. Burada onu evin işləri ilə maraqlanan xanım Feyirfaks qarşılayır. Ceynin şagirdi isə Roçesterin qızı Adel idi.

 

Tormfild Ceynə xoş gələcək vəd edirdi. Amma evdə bir sirr var idi.

 

Roçester Tormfildə qayıdır. Onlar tanış olurlar. Roçester  kobud amma ürəyi yumşaq, Ceyn soyuq və hörmətli idi. Tormfildə şaiə yayılır ki, Roçester xanım Blanşla evlənəcək. Amma heç gözləmədiyi bir vaxtda Roçester Ceynə evlənmə təklif edir.

 

Ceyn Con Rivers və bacıları ilə yaşamağa başlayır. Con Riversin bir xəyalı var idi.  O istəyirdi ki, Hindistana gedib missionerliklə məşğul olsun. Bunun üçün özünə həyat yoldaşı seçməli idi. Ən yaxşı seçim Ceyn idi.  Ceynə evlənmə təklif edir.  Ceyn isə nəzakətlə təklifi rədd edir.

 

Roçester Ceyn Eyr ilə evlənməyə hazırlaşır. Lakin evlənən zaman bir adam vəkili ilə bərabər peyda olur. Məlum olur ki, həmin adam Roçesterin arvadının qardaşıdır. Roçesterin arvadı ruhi xəstədir. Bu səbəbdən Roçester hamıdan onu gizlətməyə çalışır. Bir müddət sonra Ceyn Eyr evi tərk edir. 


 
Bir müddət sonra Ceyn Tormfildə qayıtmaq istəyir. Gəldikdə isə qarşısında sadəcə dağılmış bir yer görür. Həqiqətləri öyrənir və Roçesterin yaşadığı yerə gedir. Roçester bu yanğında gözlərini və bir əlini itirmişdi.  Bundan sonra Ceyn artıq  səmimi qəlblə Roçesterin gözlərinə və əlinə çevrilir.

 

Ceyn Eyr romanı Şarlotta Brontenin həyatı üzərində qurulan süjet xəttinə malikdir. Bacısı Emilidən fərqli olaraq Şarlotte öz yaradıcılığında sentimental və romantik təsirlərdən nisbətən uzaq idi. Əsərdə Ceyn çox romantik peyzajlar çəkir. Qeyd edək ki,  romanda müəyyən qədər mistik elementlər var. Roçester sürəti isə romantik personajdır. Belə ki,  onun keçmişində qaranlıq sirr var.

 

Əsər  1847-ci ildə yazılıb. Bu illərdə romantizm ədəbi cərəyan kimi ingilis ədəbiyyatında istifadə edilmirdi. Bu ilk əsərlərdən idi ki,  qadın azadlığı və hüquq bərabərliyini əks etdirirdi.

 

Tənqidçilər Şarlotta Brontenin bu qəhrəmanın simasında qadına yaraşmayan əxlaqı təbliğ etdiyini deyirdilər. Çünki o heç kim tərəfindən alçalmağı qüruruna sığışdırmırdı. 

 

Ceyn üçün düzgünlük, doğru bildiyini etmək onun şəxsi xoşbəxtliyindən irəlidə idi. Onun xarakterinin sərtliyi Roçesterin evli olduğunu bilməsi və İrlandiyaya getməsində özünü göstərir. Ceyn Eyr öz dəyərlərini hər şeydən üstün tutan bir şəxsiyyət haqqında tarixçədir.

 

Roçesteri yazıçı əsər boyu romantik üslubda təsvir edib və biz onu Ceynin sözləri ilə tanıyırıq. Əsərdə Roçester qaraqabaq və özünə qapanmış biridir. Onun sirri onu narahat edir. O, ətrafındakıların onun haqqında bilməsini istəmir. Bu səbəbdən Roçester bəzən kobud ola bilir.