Xəbərlər

“12 ay” zooparkı – AZƏRTAC-ın fotoreportajı

Kiyev, 28 avqust, AZƏRTAC

 

Ukraynanın paytaxtı Kiyev şəhərindən 37 kilometr aralıda yerləşən “12 ay” zooparkını ziyarət etmək hər bir yerli sakinin və turistlərin arzusudur. 2015-ci il mayın 16-dan Kiyev Vilayətinin Vişqorod rayonunun Demidov qəsəbəsində fəaliyyət göstərən zoopark 16 hektar ərazidə yerləşir.

 

Zooparkın sahibi Mixail Pinçuk 2013-cü ildən Avropa ölkələrinin zooparkına uyğun olaraq belə bir ərazinin salınması işlərinə başlayır. Onun məqsədi zooparkın ilin 12 ayında fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılması olub. Məhz buna görə də zooparkın “12 ay” adlanır. Burada açıq və qapalı yerlər mövcuddur.

 

Parka gözəllik verən məkanlardan biri də möhtəşəm qalanın tikilməsidir. Bavariya üslubunda tikilən qalada restoranlar, ana və uşaq otaqları, istirahət üçün lazımi şərait yaradılıb. Bundan başqa, parkın ərazisində böyük süni göl var.

 

AZƏRTAC füsunkar nağıllar aləmindən fotoreportajı təqdim edir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev