Xəbərlər

Kukla Teatrı sentyabr repertuarını açıqlayıb

Bakı, 4 sentyabr, AZƏRTAC
 
Əziz uşaqlar! Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümün ilk ayının repertuarını açıqlayıb.
 
Teatrın repertuarını təqdim edirik:
 
15 sentyabr – Şarl Perro. “Qırmızı papaq”, rus xalq nağılı “Durna balığı”;
16 sentyabr - ərəb xalq nağılı “Əlibaba və qırx quldur”, Azərbaycan xalq nağılı “Şəngülüm, Məngülüm”;
21 sentyabr – Abdulla Şaiq. “Tıq-tıq və Taq-taqın nağılı”;
22 sentyabr – Kəmalə Ağayeva. “Göyçək Fatma”;
23 sentyabr – Əli Səmədov. “Cik-cik xanım”;
28 sentyabr – Astrid Lindqren. “Karlson”;
29 sentyabr - Leprens de Bomon. “Gözəl və bədheybət”, Canni Rodari. “Çipollino”;
30 sentyabr – Mirmehdi Seyidzadə. “Cırtdan”, “Üç cəsur”.
 
Tamaşalar 12:00, 14:00 və 16:00-da başlanır.