Xəbərlər

"Müasir Azərbaycan" mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsi keçirilir

Bakı Fond Birjasının (BFB) təşəbbüsü ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “YARAT” Müasir İncəsənət Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "İnvest-Az" İnvestisiya şirkətinin dəstəyi ilə "Müasir Azərbaycan" mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsinə start verilib.

 

BFB-dən AZƏRTAC-a bildiriblər ki, Bakı Fond Birjasının sosial məsuliyyətlilik layihəsi çərçivəsində keçirilən sərginin məqsədi istedadlı gənclərin və yeniyetmələrin aşkarlanması, eləcə də, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasından ibarətdir.

 

Müsabiqəyə daxil olan rəsm əsərləri peşəkar rəssamlar və sənətşünaslar tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.

 

Müsabiqənin sonunda seçilmiş əsərlərdən ibarət sərgi açılacaq.

 

Müsabiqədə iştirak üçün namizədlərin qeydiyyatı və əsərlərin qəbulu sentyabrın 10-dan oktyabrın 31-dək həyata keçirilir.

 

Daha ətraflı məlumatı BFB-nin saytından əldə etmək olar.