Bu maraqlıdır!

Avropanın ən qədim milli parkı: Plitviçka Gölləri Milli Parkı

Plitviçka Gölləri Milli Parkı Cənub-Şərqi Avropanın ən qədim milli parkı və Xorvatiyanın ən böyük parkıdır. 


Bosniya və Herseqovina sərhədində yerləşən kalsium və əhəng daşından ibarət karst (əhəng daşı kimi asan əriyə bilən qayalardan ibarət olan ərazi) dağ bölgəsindəki park 1949-cu ildə milli park elan edilib. Göy, yaşıl, boz, mavi və s. rəngdə dəyişən fərqli rəngləri ilə möhtəşəm mənzərələr meydana gətirən 16 göldən meydana gəlib. Göllər bir-birindən təbii su anbarları ilə ayrılıb. Sudakı mineral və orqanizmlərin sıxlıq fərqlərinə və günəş işığının gücünə bağlı olaraq göllərin rəngləri davamlı olaraq dəyişir. Parkın bəzi bölgələri 700 illik küknar meşələri ilə örtülüdür. Bölgənin fauna və florası çox müxtəlifdir.


1493-ci ildəki Osmanlı-Avstriya müharibəsi bu bölgəyə çox yaxın ərazilərdə baş verib, Osmanlı ordusu Xorvatiya və Macarıstanın daxilinə qədər irəliləyib. 1527-ci ildə Avstriya kralı Ferdinand Osmanlını dayandırmaq məqsədilə Xorvat Kralı olaraq seçilib. Lakin bölgə 150 il boyunca Osmanlı hakimiyyətində qalıb. 1991-1995-ci illərdəki qanlı döyüşlərdə milli parkdakı bir çox yer yandırılıb yıxılmış və bölgədəki minalar səbəbindın park WHS Təhlükəli bölgə siyahısına girib. Döyüşdən sonra bölgə minalardan təmizlənib və 1998-ci ildə Təhlükəli siyahısından çıxardılıb, yalnız WHS siyahısında qalıb.