Xəbərlər

“5G” şəbəkəsində smartfon vasitəsilə ilk dəfə zəng edilib

2018-ci ilin sentyabrında İsveçin telekommunikasiya avadanlığı istehsalçısı olan “Ericsson” şirkəti və ABŞ-ın mikroprosessor istehsalçısı “Qualcomm” şirkəti beşinci nəsil şəbəkəsində smartfon vasitəsilə ilk zəng həyata keçirməyə nail olublar.
 
AZƏRTAC “dailycomm.ru” saytına istinadla xəbər verir ki, telefon çağırışı “Ericsson” şirkətinin İsveçin Kista şəhərində yerləşən laboratoriyasında 39 QHs tezliyində millimetrlik dalğalardan (mmWave) istifadə nəticəsində simsiz rabitə (OTA) üzrə işləyən smartfon form-faktorunda sınaq mobil qurğudan həyata keçirilib.