Bu maraqlıdır!

Dünyanın ən qısa çayı hansıdır?

Dünyanın ən qısa çayı ABŞ-dakı Roe çayıdır. Çay qısalığına görə "Ginnesin Rekordlar kitabı"na da düşüb. Çayın qollarından birinin uzunluğu cəmi 17,7 metrdir.


Roe çayı öz mənbəyini "Giant Springs"dən (Nəhəng Bulaqlar) götürür. Cəmi 60-70 metrlik yataqda axan çay "Great Falls"a (Böyük şəlalələrə) yaxın yerləşən Missuri çayı tərəfə axır.


"Great Falls"dakı məktəblilər Roe çayı barədə məlumatın "Ginnesin Rekordlar kitabı"nda yerləşdirlilməsi üçün uğurlu kampaniya keçiriblər. Nəticədə Roe ən qısa çay kimi həmin kitaba düşüb.


Dünyanın ən qısa çayı olmasına baxmayaraq, Roe ABŞ-ın ən böyük bulaq suyunun mənbəyidir.