Bu maraqlıdır!

Dünyanın ən kiçik adası haradadır?

Dünyanın ən kiçik adası Nyu-York ştatı ərazisindəki Aleksandriya körfəzində yerləşir.


Just Room Enough Island (Tək otaqlıq ada) adlanan ada Lourens çayı üzərində salınıb. 306 kvadratmetr sahədə yerləşən adada cəmi bir ev və bir ağac var. 


Əvvəllər Hub adası olan özəl ada 1950-ci illərdə zəngin Boyland ailəsi tərəfindən istirahət evi inşa etmək məqsədilə alınıb.


Ailə şəhərdən kənara çıxmaq üçün adada ev tikdirib. Lakin adanın ictimaiyyət tərəfindən belə maraqla qarşılanması ailənin planlarını pozub.