Tapmacalar

Tapmacalar

Adam deyil, hey qaçır,
Meşə deyil, səs salır.

Cavab:Çay

***

Ağ tas, qızıl tas,
Birin götür, birin as.

Cavab:Ay, gün

***

Ağac başında ağca yumaq.

Cavab:Qar

***

Anam atlandı,
Xalı qatlandı,
Quyruq bulandı,
Qum səpələndi.

Cavab:Yağış

***

Anası qaraca,
Qızı qırmızıca,
Oğlu qıvrımca.

Cavab:Baca, od, tüstü

***

Araba gedər, izi yox, 
Yanar, yanar, gözü yox.
Ata minər, səslənməz, 
Yerə düşər, paslanmaz. 
Suya düşər, islanmaz.

Cavab:Günəş şüası

***

Atamın bir qurşağı var, 
Dəstələdikcə qurtarmır.

Cavab:Yol

***
Atamın yeddi oğlu var, 
Yeddisi də bir boyda.

Cavab:Həftə günləri

***

Atdım atana,
Dəydi kotana,
Suda balığa,
Düzdə ceyrana.

Cavab:İldırım, dolu

***

Basdırmışam iki toyuq,
Biri isti, biri soyuq.
Cavab:Yay, qış

***


Bayırda sağdı,
Pambıqdan ağdı,
Evə gələr,
Suya dönər.

Cavab:Qar