Dastanlar

"Kitabi Dədə Qorqud" dastanı

«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandır.

 

Bir sıra alimlərin fikrinə görə bu dastanlar əsasən X—XI əsrlərdə Azərbaycanda cərəyan edən hadisələrlə səsləşməkdədir. Eyni zamanda həm də «Oğuznamə» adlanan bu dastanların bir sıra başqa xalqlarda da dastan, nağıl, əfsanə şəklində yaşayan qolları ilə müqayisəsindən aydın görünür ki, bunlar məhz Azərbaycanda Azərbaycan ozanları — aşıqları tərəfindən yaradılmışdır.

 

«Kitabi-Dədə Qorqud»un bir əlyazma nüsxəsi Drezden kitabxanasındadır. Bu nüsxə haqqında ilk məlumat XIX əsrin əvvəllərində verilmişdir. Son illərdə isə Vatikanda bu əsərin ikinci bir nüsxəsi tapılmışdır. İtalyan alimi Ettope Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə 12 boydan ibarət olan dastanın 6 boyu verilmişdir. «Kitabi-Dədə Qorqud» dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığımızın, ümumiyyətlə mədəniyyətimizin tarixini öyrənməkdə böyük əhəmiyyətə malikdir.

 

1- Dirsə xan oğlu Buğac xan boyu 
2- Salur Qazanın evinin yağmalandığı boy 
3- Baybərənin oğlu Bamsı Beyrək boyu 
4- Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy 
5- Duxa qoca oğlu Dəli Domrul boyu 
6- Qanlı qoca oğlu Qanturalı boyu 
7- Qazılıq qoca oğlu Yeynək boyu 
8- Basatın Təpəgözü öldürdüyü boy 
9- Bəkil oğlu İmranın boyu 
10- Uşun qoca oğlu Səyrək boyu 
11- Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy
12- İç Oğuza Daş Oğuzun dönük çıxması və Beyrəyin öldüyü boy


Məhəmməd peyğəmbərin zamanına yaxın Bayat boyunda Qorqud ata deyilən bir kişi vardı. O kişi oğuzların kamil bilicisi idi: nə deyirdisə, olurdu. Gələcəkdən qəribə xəbərlər söyləyirdi. Allah onun könlünə ilham verirdi... Qorqud ata dedi: «Axırda xanlıq geriyə—Qayıya dönər, heç kim əllərindən almaz...» Qorqud atanın bu dediyi Osman nəslidir. (Qiyamət günü qopunca, necə var, elə də ömür sürüb gedəcək)... və daha buna bənzər neçə söz söylədi. Qorqud ata oğuz xalqının çətin işlərini həll edərdi. Nə olsa, Qorqud ataya danışmayınca iş görməzdilər. O nə buyursa, qəbul edirdilər, sözün tutub gedirdilər.

 

Ardı var...