Görkəmli şəxsiyyətlər

Nikolay Vasilyeviç Qoqol

 

Rus әdiblәrinin әn məşhur simalarından biri Nikolay Vasilyeviç Qoqoldur.

 

Qoqol 31 mart 1809-cu ildə Poltava quberniyasında, Soroçi qәsәbәsindә anadan olub. Atası Malorusiyanın xırda mülkәdarlarından biri, anası isә evdar bir qadın idi.

 

Üç yaşına kimi atasının mülkündә dinc vә rahat yaşayan Qoqol  kәnd camaatının həyat tərzi ilə tanış olub. Qoqol burada malorusların eyş-işrәtlәrini, çalıb-oynamaqlarını, gözәl nәğmәlәrini, ənənə vә adәtlәrini mütəmadi müşahidә edib, sonralar gördüklәrini mәharәtlә əsərlərində də qeyd edib. 

 

13 yaşında olarkən Nejin gimnaziyasında oxumağa başlayıb. Gimnaziyada oxuduğu müddətdə ədəbiyyata xüsusi maraq göstərib və bütün diqqətini bu sahəyə yönləndirib.

 

 

Məktəbi bitirdikdən sonra Qoqol 1828-ci ildә Peterburq şәhәrinә yollanır. Daha sonra Almaniyaya gedir. Bir müddət burada yaşadıqdan sonra yenidən Peterburqa qayıdır.  Peterburqda Qoqol mәşhur Jukovski ilә tanış olur vә onun kömәyi ilә kәnardan özünә bir iş tapır, maddi vəziyyətini bir az yüngüllәşdirir. 1831-ci ildә Qoqol Puşkin ilә tanış olur.

 

Qoqolun yaradıcılığında Puşkinin tәsiri danılmazdır. Puşkin hər zaman  Qoqolun gələcəkdə şöhrətli  bir әdib olacağını qeyd edirdi. Puşkin ilә yaxın olduqdan sonra Qoqola sanki tәzә bir hәyat verilir. Puşkinin redaktoru olduğu bir jurnalda Qoqol hekayələrini dərc etdirir. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirrlәr, qaranlıq qalan məqamlar aydınlığa çıxır.

 

Rusların milli әdәbiyyatının təməlini Puşkin vә Qoqol qoyub. Bu iki әdibin qәlәmi sayәsindә rusların әdәbiyyatı öz ahənginə düşüb, fransız, ingilis vә alman әdәbiyyatının tәsirindәn çıxmağa başlayıb.

 

Dahi yazıçı ömrü boyu şizofreniyadan əziyyət çəkib. Vaxtaşırı gələn psixi narahatlıq keçirir, gözünə müxtəlif simalar görünür, qulağı səslər eşidirdi. 

 

Qoqol qapalı məkanlardan, müalicəsiz xəstəliklərdən çox qorxurdu. Qidaların faydalı olub-olmamasına xüsusi diqqət etdiyi üçün tədricən yeməkdən imtina edir, sürətlə arıqlayırdı. Dahi yazıçının ölümünün əsas səbəbi də hədsiz arıqlamağı olub.