Görkəmli şəxsiyyətlər

Hans Xristian Andersen yaradıcılığı

Hans Xristian Andersen (1805-1875) Daniyanın qocaman şəhərlərindən biri olan Odensdə, adi çəkməçi ailəsində doğulmuşdur. Onun uşaqlığı sadə kasıb daxmada, ən sadə adamların içərisində  keçmişdi. Elə bir hadisə yox idi ki, onun üçün möcüzəyə çevrilməsin: qonşu evlərdəki qarıların quraşdırılmış hekayələri onun təsəvvüründə sehirli tarixçələrə çevrilirdi, anasının işlətdiyi qayçı onun əlində sanki kağızın üzərində rəqs edərək qəribə fiqurlar kəsirdi, afişalardan pyesin adını görmək bəs edirdi ki, o əldə düzəldilmiş parça aktyorlardan büsbütün tamaşanı yazsın və oynasın.


Andersenin birinci ciddi məşğuliyyəti teatr oldu. 14 yaşında o, aktyor olmaq üçün Daniyanın paytaxtı olan Kopenhagena yola düşdü. Ondan aktyor alınmadı, lakin onun bir neçə pyesi və ola bilər ki özü də, bir teatrın direktorunda maraq yaratdı və onun xahişi ilə Andersenə təqaüd verildi və o, latın məktəbində pulsuz təhsil almaq hüququ aldı.


Bir neçə il sonra Andersen səyahətə çıxdı. O bütün ömrü boyu 29 dəfə səyahət edib, bir çox avropa ölkələrində, Asiyada olub və hətta Afrikaya qədər gedib çıxmışdı. Onu bu səyahətdə ən çox adamlar maraqlandırırdılar, o yol yoldaşları ilə tanış olur, onları sorğu – suala tutur və əlbəttə ki, məşhur şairlər, yazıçılar və musiqiçilərlə görüşmək fürsətini əldən buraxmırdı.


1835-ci ildə Andersenin birinci nağıllar məcmusu nəşr olundu. Nağılçının istedadı nəhayət özünü göstərdi. Andersendən dramaturgiyada və aktyorluqda heç nə alınmasa da, o özünü nağılda göstərməyi bacardı. Onun bacarığı səhnə üçün deyil, nağıl üçün lazım gəldi. Çin imperatorundan tutmuş yamayan iynəyə qədər hər şeyi yeni bir şəklə çevrilmək bacarığı, gözəl yaddaş, improvizasiya bacarığı, şairliyi və hər təzəliyə və qəribəliyə olan sevgisi, tükənməz mehribançılığı  «Düyməcik» və «Qar kraliçası», «Eybəcər ördək balası» və «Bülbül» kimi nagılların yazılmasında lazım gəldi.


Andersenin əsərləri bir ədəbi möcüzədir. O, sehrlə məişəti bir yerdə virtiozcasına uyğunlaşdırırdı. Uşaq ədəbiyyatı məhz Andersenin adı ilə başladı. Andersenin nağıllarını tək uşaqlar deyil, həm də böyüklər maraqla oxuyurlar.


Andersen deyirdi: «Mən aləmə xeyir gətirirəm, həyatın mənası, bütün sevinci bundadır». Və o, səxavətlə hər təzə nağılı ilə sevinc paylayırdı.


Andersen xalqın qabağında nağıl oxumaqla çıxış edirdi. O istəyirdi ki, özü kimi kasıb böyüyən uşaqların qəlbini onun nağılları isindirsin.


Hans Xristian Andersenin nağılları və tarixləri tezliklə bütün aləmə yayıldı. Hər il uşaqlar üçün Andersenin nağıl məcmuları işıq üzü görür. Uşaq teatrları həmişə Andersenin nağıllarına müraciət edirlər.