Təbiət

Şokolad meyvəsi

Şokolad dadı verən şokolad meyvəsi, digər adları ilə qara sapota, şokoladlı puding və s. Qərbi Meksika, Karib dənizi ətrafı, Mərkəzi Amerika və Kolumbiyada yetişən, xurma növünə aid tropik meyvədir.


Həmişəyaşıl meyvə ağacı 25 metrədək böyüyə bilər. Ağacın bar verməsi təxminən 3-4 il çəkir. Pomidora bənzəyən şokolad meyvəsi 5-10 sm ölçüdə olur. Meyvə yetişdikdə yeyilməyən qabığı zeytun yaşılından sarımtıl yaşılı rəngə çevrilir. Meyvə tam yetişdikdən sonra yeyilməlidir. Kal meyvəsindən Filippində balıq zəhəri kimi istifadə edirlər. Meyvənin içində 5-6 toxum olur. Bəzi hallarda 12 dənə də ola bilər. Toxum çıxarıldıqdan sonra qaşıqla yeyilir. Ləti qaynadılmış kremə bənzəyir. Həssas bir qabığı olduğundan yeyilərkən dağıla bilər.


Tərkibindəki C vitamini portağaldan 4 dəfə artıqdır. Bundan əlavə kalsium və fosforla da zəngindir.