Təbiət

Təbiətin əsiri olan Çin balıqçı kəndi

Çinin Şanqsi (Shengsi, Shengshan) adlanan adalar qrupuna 400 ada daxildir. Bu adalardan biri də Qouqi (Gouqi) adasıdır. Adada sanki Ana təbiət tərəfindən udulmuş Houtovan (Houtouwan) adlı tərk edilmiş bir balıqçı kəndi var. Maraqlısı ondadır ki, 1 milyarddan çox insanın yaşadığı Çində, bu adalar qrupu tamamən boşdur və heçkim yaşamır.

Houtovan 1980-ci illərdə 3000 sakini olan bir balıqçı kəndi idi. Yerləşdiyi ərazinin çətinliyinə və ucqarlığına görə, əhali kənddən kənarda pul qazanmağın daha asan olacağını düşünərək buranı tərk edir.

2002-ci ildə kənd tamamən boşalıb. İsti və rütubətli iqlimə görə, dırmaşan bitkilər, sarmaşıqlar sanki yaşıl yorğan kimi kəndin üzərini örtərək turistlərin marağına səbəb ola biləcək inanılmaz nağıllar kəndinə çevrilib.