Nağıllar, hekayələr

Ulduzlar səmada

Lap qədimlərdə səyahətçilər yolu ulduzlara əsasən tapırdılar. Səmada ulduzlar çoxdular və onları yadda saxlamaq çox çətindir. Elə ona görə də köhnə vaxtlardan onları qruplara bölürdülər, sonra isə onları xüsusi xəritələrdə xətlərlə birləşdirirdilər. Beləliklə, bürclər meydana gəldilər, hərdən onları  heyvana və ya nağıl nəhənglərinə, hərdən də adamlara oxşadırdılar. Bürclərin çoxu cürbəcür əfsanə və əsatirlərlə bağlıdır.


Lap qədim vaxtlarda, kitablar olmayanda qocalar ulduzlara baxıb nəvələrinə maraqlı əhvalatlar danışırdılar , onlardan bəziləri bizə də gəlib çatmışdır.

Qədim yunanlar «Böyük ayı» bürcünün əmələ gəlməsini necə fikirləşib tapmışdılar?

Bir dəfə hər şeyə qadir, ildırım saçan tanrı Zevs, yerin gözəli olan Kallistoya baxaraq onu seyr edirdi və zövq alırdı. Onun qısqanc həyat yoldaşı ilahə Hera, acıqlandı və öz sehrli gücündən istifadə edərək, Kallistonu eybəcər bir ayıya çevirdi. Kallistonun öz ovçu oğlu Arkas birdən evdə vəhşi heyvan görür, dərhal onu öldürmək istəyir. Zevs özünü tez çatdırıb Kallistonu parıldayan bürcə - böyük ayı bürcünə  çevirdi. Zevs onun sevimli itini də yanında yeləşdirdi ki, o darıxmasın. Bunu isə kiçik ayı bürcü adlandırırlar.

Zevs Arkası böyük ayı bürcünün qabağında Volopas (çoban) bürcü şəklində yerləşdirdi. Çobanı əlində çomağı olan böyük başlı adam kimi çəkirlər.

Parıldayan narıncı bürcü Arktur (qoruyucu) adlandırıblar.

Çariça Veronikanın qızılı, həddindən artıq gözəl saçları var idi. Bir dəfə çar müharibəyə getdi, Veronika söz verdi ki, əgər əri evə sağ-salamat qayıdarsa öz saçlarını qurban verəcək. Şad xəbər gələn kimi Veronika öz xəzinəsi ilə vidalaşdı. Lakin, gözünü qırağa çəkməmiş onun qızılı saçlarını oğurladılar.
Müharibəni udmuş qəhrəman evə qayıdanda görür ki, çariça saçını kəsdirib, hörükləri isə itib. Ona görə də belə bir əfsanə fikirləşib dedilər ki, guya çar müharibə edəndə Veronikanın saçları səmaya uçub.


Volopasın arxasında balaca bürc, Şimali Tac yerləşir. O Qemma (mirvari) ulduzları ilə bəzədilmişdir. Bu bürc də bir əfsanə ilə bağlıdır. 
Bir adada nəhəng bir saray var idi. Kİm ora girsə, orada aza bilər. Orada başı öküz, bədəni isə adam şəklində olan Minotavr adlı qaniçən bir nəhəng, yaşayırdı. Kim ora düşürdü, Minotavr hamısını yeyirdi.Tesey adlı bir qəhrəman saraya girmək istədi. Bu adanı idarə edən çarın qızı Ariadna qəhrəmana kömək etdi. Ona bir ip yumağı verdi. Tesey girişdə ipi bağladı və qarışıq yollarla sarayın dəhlizi ilə yumağı aça-aça irəli getdi. Minotavra qalib gəlib,  saraydan sağ-salamat çıxdı, ona Ariadnanın verdiyi ip kömək etdi. Tesey təşəkkür etmək üçün Ariadnanın başına güllər və mirvaridən düzəldilmiş tac qoydu. Əfsanəyə görə, Ariadnanın tacı Şimali Tac bürcünə çevrildi.