Təbiət

Kristal kimi təmiz Fləthed gölü

6.Fləthed gölü (Flathead lake) Montananın şimal-qərbində yerləşən çox böyük, şirin sulu gölüdür. Göl əslində təqribən, 13 min il qabaq sonuncu buzlaq dövründə regionun əksər ərazisini əhatə edən Missula gölünün (Lake Missoula) qalığıdır. Əvvəllər, Saliş gölü ("Salish Lake") adı ilə tanınıb.

Bu ad gölün cənub bölgəsindəki Fləthed Hind Qoruğunda (Flathead Indian Reservation) yaşayan Saliş hind yerlilərinin adından götürülüb. 50 km uzunluqda, 25 km genişlikdə olan gölün sahəsi 495,9 km2 -dir. Orta dərinliyi 50.2 m, maksimum dərinliyi isə 113 m-dir. 113 m dərinliyinə baxmayaraq kristal kimi təmiz olan gölün dibi açıq-aydın görünür.

Ölçüsünə və növünə görə dünyanın ən təmiz, şəffaf göllərindən biridir. Deyimlərə görə, göl Fləthed Bədheybətinin evidir. Burada nəhəng ilanlar, böyük nərə və ilan balığı, balina Lok Nes Bədheybəti (the Loch Ness Monster) yaşayır. Nə qədər doğru olub-olmasa da, gölün dərin hissəsində üzənlər bu məxluqlar haqqında düşünməyə başlayır. Göldə həmçinin qızılbalıqlarda var ancaq bu balıqlar çox dadlı olduğuna görə artıq böyük bir azalma müşahidə olunur.