Təbiət

Gövdəsindən meyvə verən tək ağac

Bildiyimiz kimi meyvələr ağac budaqlarında yetişir. Ancaq bu qanunauyğunluğu pozan dünyada bənzəri olmayan bir ağac var. Gövdəsi böcəklərin işğalına məruz qalmış kimi görünən bu ağacın adı Braziliya üzümüdür (Brazilian grape tree). Bəzən jabutikaba da (jabuticaba) adlanır.


Jabutikaba sözü Amazon ətrafında yaşayan Amerika hinduları olan Tupilərin dilindən götürülmüş,  jaboti/jabuti (tortoise) “tısbağa” + caba (place) “yer”, “tısbağaların olduğu yer” deməkdir. Latın dilində adı isə Myrciaria cauliflora yəni “çiçək açar” mənasını verir. 

Sadəcə Cənubi Amerikada, xüsusi ilə Paraqvay, Argentina və Braziliya, Boliviyaya  məxsus olan bu ağac, sulu bir yay meyvəsidir. Eyni ilə qarpız kimi suya ehtiyacı olan isti yerlərdə bitir. Həmişəyaşıl ağacdır.
Əvvəlcə ağacın gövdəsində çiçək açır. Sonra çiçəklər meyvəyə çevrilir. Yaşıl olan meyvə yetişdikdən sonra bənövşəyi rəngdə olur. Ağacın böyüməsi çox yavaş olur. 15 m hündürlüyündə ola bilir. 

Toxumdan yetişən jabutikaba ağacı ilk meyvəsini 20 il, calaqdan yetişən ağaclar isə 5 il sonra, yetişkin ağac isə 2 ildən bir meyvə verir. Jabutikaba meyvəsi 3-4 sm böyüklüyündə, içində 1-dən 4-ə qədər böyük toxum olan qalın-qabıq giləmeyvədir. Toxumun forması meyvənin növündən asılıdır. Görünüşcə adi üzümə oxşasa da, dadı tamamilə ayrıdır. Meyvəni yemək üçün qabığını soymaq lazımdır. Bundan əlavə meyvədən mürəbbə, meyvə suyu, sirkə, likör, şərab da hazırlanır. Meyvənin tərkibində çoxlu dəmir var. Badamcıq, asma kimi xəstəliklərdə qaynadılaraq içilməsi faydalıdır. Tərkibində xərçəng xəstəliyinə qarşı antioksidləşdirici komponentlər tapılıb.


Dərildikdən sonra  3-4 gün qala bilir. Sonra qıcqırır. Məhz bu səbədən meyvələri yalnız ağacları əkilən ölkələrdə satılır.