Xəbərlər

“Balaca Yarat”la ustad dərsləri

Oktyabrın 13-də “Balaca Yarat” uşaqlar üçün ustad dərsi təşkil edəcək.


Uşaqlar rəssam Nigar Quliyevanın rəhbərliyi ilə özlərini dünyanın ümumi təsvirində seyr edərək öz kiçik xəritələrini yaratmağa çalışacaqlar. Saat 11:00-da 4-7 yaşlı uşaqlar üçün, 14:00-da isə 8-13 yaşlı uşaqlar üçün ustad dərsləri keçiriləcək. 


Bundan başqa, oktyabrın 14-də isə rəssam Aidə Şirməmmədova ilə birgə uşaqlar kətan üzərində deyil, boşqablar üzərində rəngarəng kompozisiyalar yaradacaqlar.

 

Saat 11:30-da 4-13, 13:30-da 4-13 yaşlı uşaqlar üçün ustad dərsləri keçiriləcək. 


Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır.