Xəbərlər

“Alice's cafe”də Halloween əyləncəsi

Oktyabrın 28-də “Alice's cafe”də uşaqlar üçün Halloween əyləncəsi təşkil ediləcək. 


AZƏRTAC xəbər verir ki, burada müxtəlif proqramlar üzrə əyləncələr keçiriləcək. 


Belə ki, üç yaş və daha yüksək uşaqlar üçün proqrama Tim Bertonun yaratdığı və “Bədheybətlər tətildə” cizgi filminin personajları, bayram balqabağının rənglənməsi, köpük şousu, diskoteka, anumasiya (3 personaj), Tematik Face art daxildir. Proqram saat 11:00-13:00 arasında olacaq.  


Yeddi yaş və daha yüksək uşaqlar üçün proqrama Tim Bertonun yaratdığı və “Bədheybətlər tətildə” cizgi filminin personajları, cadugər ilə sehrli şou, bayram balqabağının rənglənməsi, Tematik Face art, transformer ilə oyunlar, diskoteka daxildir. Proqram saat 15:00-18:00 arasında olacaq. 


Qeyd edək ki, giriş xüsusi tematik kostyum ilə olacaq.