Təbiət

Dünyanın ən isti gölü-Frayinq Pən

1886-cı ildə Yeni Zellandiyanın Rotorua (Rotorua) bölgəsində zəlzələ baş verib. Zəlzələ nəticəsində Taravera vulkanik dağı püskürmüş, Yeni Zellandiyanın həyatında ən böyük, ən son və ən dağıdıcı vulkanik püskürmə kimi tarixə düşüb. 

 

Rotoura bölgəsi bu dağdan sadəcə 24 km uzaqdadır. Hal-hazırda bu bölgədə 124 nəfər adam yaşayır. Taravera dağının partlaması nəticəsində Exo Krateri formalaşıb. Krater özü isə dağın cənub-qərbindən  Cənub Kraterinə kimi 17 km-lik yarğan boyunca kiçik kraterlər əmələ gətirib.


Fəlakət zamanı, kəndlər dağılıb, yüzlərlə adam ölüb. Bir zamanlar dünyanın 8-ci möcüzəsi kimi qəbul edilən Çəhrayı və Ağ Səkilər (Pink and White Terraces) Rotomahana gölünün altında qalıb. Bu hadisədən sonra Exo Kraterin bir hissəsi yağış və isti torpaq suyu ilə dolur. 

 

Ancaq, 1 Aprel 1917-ci ildə Exo Kraterində partlayış baş verir. Krater 1918-ci ilin ortalarına kimi isti bulaq suları ilə tamamilə dolur. 

 

22 Fevral 1973- cü ildə Exo Kraterində sonuncu böyük partlayış olur. Dağıntılardan sonra, hazırki Vaimanqu vulkanik Yarğan dərəsi və dünyanın ən böyük isti gölü, Frayinq Pən (Qızaran tava) yaranır. Göl 38 min kvadrat km ərazini əhatə edir. Tüstülənən Frayinq Pən gölünün suyu, tipik olaraq buxarlanır və tərkibindəki karbon dioksid və hidrogen sulfidin yaratdığı qabarcıqlar səbəbindən qaynayan suya bənzəyir.

 

Əslində, suyun orta istiliyi 50-60 dərəcədir. Sadəcə sudakı temperaturun stabilliyinə görə, Frayinq Pən gölü dünyanın ən isti gölü hesab edilir.