Xəbərlər

11 oktyabr - Beynəlxalq Qızlar Günüdür

Bu gün Beynəlxalq Qızlar Günüdür. 

 

11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar günü kimi qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd diqqəti oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

 

Azərbaycanda da qızlarla bağlı bəzi problemlər mövcuddur. Bu, əsasən erkən nikahlarda özünü göstərir. 

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il avqust ayının 1-i vəziyyətinə ölkə əhalininin sayı 9 milyon 943 min 226 nəfərə çatıb. Əhalinin ümumi sayının 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 

 

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 78673, yaxud hər gün orta hesabla 371 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır.