Odlar Yurdu

«Avey» Dövlət tarix-mədəniyyət qoruğu

Avey dağı Azərbaycanın Qazax rayonu ərazisində, rayon mərkəzindən 10 km şimal-qərbdə Daşsalahlı kəndinin hüduduna daxildir. Mağaralar şəkilli qədim yaşayış düşərgəsidir. Sahəsi 360 m²-dir. Avey dağı iri tektonik zonanın qovuşduğu yerdədir. Bunlar Somxet Qarabağ və Kür ovalığıdır. Paleolit mağaraları olan Avey dağı onlardan əsasən birinciyə aid edilir. Kiçik Qafqazın şimal-şərq ətəkləri çox müxtəlif və qiymətli faydalı qazıntı materialları ilə zəngindir. Ona görə də bu sahənin geoloji quruluşu, geoloji inkişafı dərindən öyrənilmişdir. Lakin geomorfoloji yaşının ayrı-ayrı mərhələlərinə bir o qədər də fikir verilməmişdir, bu da xüsusilə dördüncü dövr, yəni insanın meydana gəldiyi antronogen dövrünə aiddir. Oradan Orta Paleolit, Üst Paleolit, Mezolit və Neolit dövrünə aid 8000- dən çox əşya tapılmışdır. 


Dağın 992,5 metr hündürlüyündə qədim alban kilsəsi görünür. Qafqaz Albaniyasının əsas məbədi olan həmin Aveydağ məbədi IV-V əsrlərə aid edilir.Strabonun məlumatına görə, albanlar daha çox Aya sitayiş etmişdir və İberiya sərhədində onların məbədi olmuşdur. Adətən xristian məbədləri əvvəlki (bütpərəstlik) məbədlərinin yerində yaradılırdı. Aveydağ sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada imiş. Bunu əsas tutaraq "Aveydağ" sözünü “ Ay məbədi”, “Ay evi” kimi, bəzi müəlliflər “av” yəni “ov”, “av ey/av öyü, iyi ov” kimi izah edirlər. Amma Vikipedik məlumatlara görə məbədin həyətində qəbirlər aşkar edilmişdir. Qəbirlərin sinə daşları albanlara xas olan üslubda naxışlanmışdır. Daşların birinin üstündə emblem kimi albanlara məxsus lotos gülü və onun yuxarı künclərində günəş simvolu olaraq içərisi 8 hissəyə ayrılmış rozetka qazılmışdır.”


Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrünə aiddir. Tapıntı nümunələri tədqiqat üçün Yaponiyanın xüsusi bir laboratoriyasına göndərilmişdi. Mağaranın girişində, 2 metr diametri olan böyük bir ocaq aşkar edilmişdir.


Dağın cənub ətəklərində, şərqində və şimalında bir sıra karst mağaraları vardır. Bundan əlavə, çoxlu talvar qayalar, hündür qaya zolaqları və s. zəngindir. 


Avey dağının şimal-qərb hissəsində Daş Salahlı kəndində yerləşən qədim mağara diqqəti cəlb edir. Ahəng qayaların altında mağaradan süzülən Damcılı bulağı axır. Buraya insanlar dincəlmək üçün gəlirlər. Mağaranın ərazisi 360 kv metr təşkil edir. Arxeoloji qazıntılar zamanı burada müxtəlif dövrlərə aid 8000-dən artıq əşya tapılmışdır. Bunlardan ən qədimi orta və üst paleolit dövrlərinə, ən yenisi isə tunc dövrünə və orta əsrlərə aid edilir.


Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır.