Odlar Yurdu

Qaranohur gölü

Qaranohur gölü İsmayıllı rayonunda yerləşən dağ gölüdür. Göl İsmayıllı şəhərindən şimal-şərq istiqamətdə 8 km məsafədə yerləşir. Qaranohur dəniz səviyyəsindən 1520 metr hündürlükdədir.


1966-cı ildə Lahıc kəndinə asfalt yol çəkilənədək gölün ətrafındakı ərazı İsmayıllı şəhərindən kəndə gedən yolda dayanacaq məntəqəsi rolunu oynayır. Öz təbii gözəlliyi ilə seçilən göl böyük turizm potensialına malikdir və getdikcə daha çox turisti özünə cəlb etməklə yaxın gələcəkdə rayonun əsas turistik yerlərindən birinə çevriləcəkdir. Hazırda gölü görmək üçün turistik piyada gəzintilər təşkil edilir və bu gəzinti Talıstan kəndindən başlamaqla gözəl mənzərəli yerlərdən keçərək piyada 2-3 saat davam edir.


Gölün minerallığı çox yüksəkdir və 1000 mq/l-dən çoxdur. Suyu kənd təsərüffatı məqsədləri üçün yararlı deyildir.


Gölün özəlliklərindən biri də odur ki, sahildən uzaqlaşdıqca suyun şəffaflığı artır və bu, gölün ortasında maksimum həddə çatır. Yayda suyun orta temperaturu 15 dərəcədir.