Görkəmli şəxsiyyətlər

IV İVAN (İVAN QROZNI)

XVI əsrin rus çarı İvan Qroznı erkən yaşlarında yetim qalmışdı. Onun 8 yaşı olanda ölkədə hökuməti boyar Şuyskilər tutmuşdular. Şuyskilər xəzinəni dağıdır, xalqı incidirdilər. Ağır təəssüratlar İvanın qəlbinə tez düşdü, o, özünü ələ ala bilməyən, ürəksiz, qəddar bir adam kimi böyüdü. O öz boyarlarına nifrət edir, ətrafındakılara şübhə ilə yanaşırdı ki, onlar satqındırlar, öz xalqına qarşı etinasız və laqeyddirlər.


IV İvan 1547-ci ildə Şuyskiləri devirdi və çar oldu. Onun idarəetməsi Rusiyada birinci zemsk qurultayının çağırışı ilə başlandı. Burada əhali çoxlu yeni hüquqlar və təzə sudebnik (qanun kitabları) qazandı. IV İvan Kazan çarlığını fəth etdi. Rusiyaya çoxlu yeni torpaqlar verdi. Moskva dövlətinə Astraxan da qatıldı.


1560-cı ildə Seçilmiş rada ləğv olundu, onun əsas xadimləri çarın etibarını itirdilər, və İvan Qroznı Rusiyanı tam müstəqil idarə etməyə başladı. İvan Qroznının çarlığının ikinci yarısı Livoniya müharibəsində uğursuzluqla yadda qaldı və həmçinin,  köhnə aristokratiya soylarını zəiflədən opriçninanın yaranması ilə yadda qaldı. 


1561-ci ildə boyarların edamları başlandı, kim şübhəli görünürdüsə,dərhal cəzalanırdı. Bir çox boyarlar öz həyatlarını xilas etmək üçün Litvaya qaçıdılar. 1565-ci ildə çar Opriçnina-dəstələr təsis etdi. Bu dəstələr çara yaxın olan adamlar idi. O, həmin dəstələrə inanırdı və onlar çarın bir sözü ilə kimi istəsən məhv edə bilərdilər. Qorxulu bir dövr başlandı. Elə bir dövr ki, zorakılıq, torpaqlardan, mülk və hüqüqlardan məhrum olma, soyğunçuluq və edam baş alıb gedirdi. Hamı opriçniklərdən qorxur və onlara nifrət edirdilər.


Çarın qəzəbinə tək ayrıca adamlar deyil, həm də bütün şəhər gələ bilərdi. 1570-ci  ildə IV İvan dəstələrlə Novqorod şəhərinə hərəkət etdi. Monastırlar və kilsələr soyğunçuluğa məruz qaldı, 15 min adam döyüldü, çoxları çayda batırıldı. Onlar qadınlara və uşaqlara rəhm etmirdilər. Bu cür qəddar hərəkətlərinə görə IV İvan "Qroznı" (zəhmli) ləqəbini aldı. O bu ad altında rus tarixinə daxil oldu.


İvan Qroznı fəaliyyətinin vacib məsələsi rus hökumətinin sahəsini genişləndirməyi idi. Onun dövründə çoxlu muharibələr oldu. İvan Qrzonının  dövründə təhkimçilik zülmü daha da güclənmişdi. Yuri günü ləğv olunmuşdu (bu gün təhkimçi kəndlilər öz sahiblərindən pul ilə azad olurdular). 


Lakin  İvan Qroznının Rusiyanın tarixində az da olsa müsbət rolu olmuşdur. Onun vaxtında mərkəzləşmiş hakimiyyət nəzərə çarpacaq dərəcədə möhkəmlənmişdi, Rusiyaya böyük ərazilər birləşdirilmişdi. O, tarixi salnamələrin yazılmasına, kitabçıxarmaya təsir göstərirdi. Onun dövründə Vasili Blajennı ibadətgahı tikilib - bu orta əsr memarlığının möcüzələrindən biridir. İngiltərə ilə ticarət əlaqələrinin təməli qoyulmuşdur.


Formal olaraq, IV İvan Rusiyanı idarə edən ən uzunmüddətli hökümdardır  — 50 il və 105 gün.


IV İvan (Qroznı) 1584-cü ildə, 53 yaşında öldü.