Təbiət

Qəlbi qanlı Luson qumrusu

Qəlbi qanlı Luson qumrusu (gallicolumba luzonica),  Gallicolumba cinsinin bir növüdür. “Qəlbi qanlı” adlanmalarının səbəbi ürəklərinin yerləşdiyi bölgədə qan-qırmızı rəngdə tüklərin olması və qan axırmış kimi görüntü yaratmasıdır. Bədəninin kürək hissəsi boz tüklərlə örtülüdür. Qanadları boz, ucları isə qaradır. Boz rəngdə olmasına baxmayaraq üzərinə işıq düşdükdə tüklər mavi, bənövşəyi və yaşıl rənglərdə görünür. Qanadların iç hissəsi isə ağ rəngdədir. 

 

Erkək və dişiləri bir-birindən çox fərqlidirlər. Erkəklərin bədənləri daha geniş və sinələri daha qırmızı, dişilərdə isə solğun qırmızıdır. Ümumiyyətlə Luson qumruları yuvarlaq bədənli, qısa quyruqlu, uzun ayaqlıdırlar. 

 

1994-cü ildə Filippinlər poçt markası üzərində bu quşun şəklindən istifadə ediblər. Qəlbi qanlı qumrular Filippinin Luson adasına məxsus quş növüdür. Yerli adı “puñaladadır”.


Bilinən üç alt qrupu var. 1971-ci ildən heç bir növünə rast gəlinməyib. Buna görə də, nəslinin çoxdan kəsildiyi düşünülür.


Ümumiyyətlə, meşələrin dəniz səviyyəsindən 1400 m yüksəkliyində yaşayırlar. Tut, giləmeyvə və qurdlarla qidalanırlar. Çəkingən bir növdür və insanlardan uzaq durur. Son dərəcə səssizdir yalnız yumurtlama vaxtlarında torpaqdan uzaqlaşır. Digər qəlbi qanlılardan fərqli olaraq sadəcə iki dənə yumurtlayır. Uzun ömürlüdürlər, 15-20 il yaşaya bilərlər. Bu quşların yaşadıqları bölgələr meşələrin qırılması ilə üzləşdiklərindən öz həyat vərdişlərini itirməyə başlayıblar. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən nəsli kəsilməkdə olan fauna növləri siyahısına daxil edilib. 

 

Bu qumruların bəzi növləri uyğun bir yaşayış məskəni taparaq Avstraliyaya köçmüşlər.