Təbiət

Çəhrayı göl: Hillier

Cənub-Qərbi Avstraliyada yerləşən Hillier Gölü çəhrayı rəngi ilə görənləri heyran edir. Okeandan incə bir qumsal və yaşıllıq ilə ayrılan Hillier gölü, Midl Adasında 600 metrə uzunluğa sahibdir.

Gölü ilk dəfə görənlər rəngin göz aldadıcı olduğunu düşünsələr də, göldən bir qab su alındığında çəhrayı rəngdə olduğunun şahidi olurlar. Göl suyu dəniz suyundan daha yüksək duzluluq səviyyəsindədir.

Hillier gölü ilk dəfə 1802- ci ildə kəşf edilib. İngilis gəmiçisi Metyu Flinders Sidneyə doğru üzərkən çəhrayı adaya rast gəlib.

Flinderin ziyarətindən sonra adaya ticarət məqsədilə qısa müddətə gələnlər olub. 1820–1840 illər arasında suiti və balina ovçuları adaya yerləşdilər.

Daha sonra, XX əsrin əvvəlindən etibarən Hillier gölündən duz çıxarılıb. Lakin duz istehsalı sadəcə altı il davam edib və o tarixdən bu günədək çəhrayı adaya ziyarət edən olmayıb.

Lakin, 1950-ci ildə Hillier gölünün çəhrayı rəngdə olmasının səbəbini müəyyən etmək məqsədilə bir qrup tədqiqatçı-alim ekspedisiyaya ora yola düşüb. Tədqiqatçılar göldən nümunə su götürüb analiz edib və gölün qeyri-adi rənginin səbəbini “Dunaliella salma” adlanan bir yosunun olduğunu düşünüblər. Lakin alimlərin iddiaları təsdiqlənmədi. Daha sonra araşdırmalar onu göstərdi ki, adanın çəhrayı rəngdə olması, tərkibindəki yüksək səviyyəli duzlu suda yaşaya bilən bakteriyalardan asılı imiş.

Bundan əlavə suyun tərkibində Dechloromonas Aromatica adlanan bakteriya da aşkar edilib. Göldə üzmək təhlükəsiz və zərərsizdir.