Şeirlər

Xanımana Əlibəyli. “Yol”

Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur:
Bostan yolu, bağ yolu,
Aran yolu, dağ yolu...

 

Bir yol var ki, dünyada
Onu getmirsən hədər.
Həmişə düşür yada,
Qoca olana qədər.

 

Bax uşaqla doludur,
Bu yol məktəb yoludur.