Təbiət

Yeni Zelandiyanın ulduzlu mağarası-Vaytomo

Vaytomo İşıldaquş mağarası (The Waitomo Glowworm Caves) Yeni Zelandiyanın Şimal Adasının Vaykato bölgəsində yerləşir. Bura Ruakuri və Aranui mağaraları da daxil olmaqla, Vaytomo mağaralar sistemin bir hissəsidir. 

 

"Waitomo," Maori sözü olub “wai” su, “tomo” oyuq, mədən, quyu deməkdir. Yerli aborigenlər olan Maori xalqının Vaytomo İşıldaquş mağarası haqqında hələ bir əsr əvvəldən məlumatları vardı. Mağaranın ilk araşdırmaçıları maorili Tane Tinoraunun rəhbərliyi ilə ingilis Fred Meys və Laurens Kasn oldular.
1887-1888-ci illərdə həyata keçirdikləri genişmiqyaslı tədqiqatlar axıntının yer altına doğru getdiyi mağarada qayıq üzərində, şam işığında, hazırki turist çıxışında həyata keçirilmişdir. Onlar səyahət zamanı rast gəldikləri müxtəlif ölçülü əhəngdaşı formaları və mağaranı işıqlandıran işıldaböcəklərə heyran qalmışlar.


1889-cu ildə Tane və həyat yoldaşı Huti mağaranı ziyarətçilərin üzünə açdılar. Hətta kiçik qonorar müqabilində turistlərə bələdçilik də etdilər.


İlk iki ildə təxminən 500 turist buranı ziyarət etdi. İllərlə davam edən mağaranı satın alma cəhdlərindən sonra hökumət, 1903-cü ildə “Mənzərəni Qoruma,” 1905-ci ildə isə “İctima İşlər” qanunlarını əsas gətirərək 625 funt sterlinqə öhdəliyi öz üzərinə götürdü. 1906-ci ildə isə vandalizm artdıqdan sonra, mağaranın idarəsi hökumət tərəfindən ələ keçirildi. 1910-cu ildə ziyarətçiləri qonaq etmək üçün “Vaytomo Mağaralar Evi” oteli tikildi. 

 

1989-cu ildə torpaq və mağara bu gün mağara işçilərinin bir çoxunu təşkil edən Tane Tinorau və Hutinin nəvələrinə qaytarıldı. 

 

Vaytomo İşıldaböcək mağarasının digər adı Firefliesdır. Bu təbii fenomenin turistləri heyran qoymasının səbəbi isə mağaranın divarlarını əhatə edən kiçik işıldaböcəkləridir. Minlərlə kiçik nöqtənin titrəməsi göy üzündə ulduzların sayrışmasına bənzəyir. Ona görə də buranı Vaytamonun “ulduzlu səması” adlandırırlar. Glowworm adında kiçik həşərat süfrələri mağaranı öz evləri kimi sahiblənmişdir. Əslində bu süfrələrin adı  Arachnocampa luminosadır. Mənası “işıq saçan” deməkdir. Özlərinə yemək tapa bilmək üçün ətrafa işıq saçırlar. Onların işıq saçmasının səbəbi kimyəvi reaksiyalar ilə lusifer fermentinin istehsalıdır. 

 

Yeni Zelandiya ərazisində yaşayan bu böcəklər nəmli və qaranlıq yerləri xoşlayırlar. Vaytomo mağarası da onlar üçün ən uyğun məkandır. Bu süfrələr adını işıldaböcəkdən alsa da, əslində bir ağcaqanad növüdür. Bu ağcaqanadların süfrələri meşə, istifadəsiz mədən və mağaralarda olur. Mağara tavanından asılan sürfələr bir-birilərindən müəyyən məsafə saxlayırlar. Süfrə bu növün ilk yaranma səviyyəsidir. Süfrələr özlərini yapışqanlı damla iplərdən asırlar. Daha sonra bu zərif muncuq damlalarını işıqla vurğulayaraq şikarlarını özlərinə cəlb edirlər. Süfrəlik dövrü 9 ay davam edir. Mağaraya gözəllik verən bu həşəratlar daha sonra pupdan çıxaraq qorxunc, böyük bir ağcaqanada çevrilir. Bu bioluminesans mikroorqanizmlər koloniyasının asılı olduğu selikli ipək sapların uzunluğu 30/40 sm-dir. Qarmaqlar müntəzəm aralıqlarla düzülmüş muncuq görünüşü verir. Bir muncuğun böyüklüyü 1 mm-dir. 


Vaytomo İşıldaböcək mağarasına baş çəkmək istəyirsinsə əvvəlcə kəndirlə mağaraya enməli daha sonra isə qayıqla bu ecazkar gözəlliyi seyr etməlisiz.