Görkəmli şəxsiyyətlər

Alan Aleksandr Miln

Alan Aleksandr Miln 1882-ci il yanvarın 18-də London şəhərində anadan olub. O, atası Con Milnin sahiblik etdiyi kiçik özəl məktəbdə oxuyub, 1889-1890-cı illərdə onun müəllimlərindən biri Herbert Uels olub. O, Vestmint məktəbinə daxil olub, sonra Kembric Universitetinin Triniti kollecində 1900-1903-cü illərdə riyaziyyat fakültəsində təhsil alıb. Tələbəlik illəri vaxtı qardaşı Kent ilə birlikdə “Qrant” qəzetinə məqalələr yazıb. Onun məqalələri Britaniyanın yumoristik “Panç” jurnalı tərəfindən bəyənilib və sonra o, jurnalda redaktorun köməkçisi işləyib. 


A.A.Miln Birinci Dünya müharibəsində Britaniya ordusunun zabiti kimi iştirak edib. O, Britaniya kəşfiyyatının təbliğat bölməsi Mİ 7 üçün çalışıb. A.A.Miln uşaqlar üçün “Uşaqların qalereyası” (1925), “Vinni-Pux” (1926), “Pərğu küncündə ev” (1928) kitablarını yazıb. A.A.Milnin “Vinni-Pux” kitabı çapdan çıxmamışdan əvvəl, o, kifayət qədər tanınmış dramaturq idi, lakin “VinniPux” uğuru elə geniş miqyas alıb ki, onun digər əsərlərini ötüb keçib. O, “Vinni-Pux” kitabını oğlu Kristofer Robin Milnə həsr edib. 


A.A.Miln 1956-cı il yanvarın 31-də 74 yaşında vəfat edib.