Təbiət

“Pygmy Marmoset" və ya “barmaq meymun”lar

“Pygmy Marmoset" və ya bilinən adıyla “barmaq meymun”lar dünyanın ən kiçik meymun növü olaraq bilinir. Bu sevimli meymunun boyu cəmi 15 santimetrdir. Quyruğu ilə ölçüldüyündə 30 santimetrdir. Erkəklər yalnız 140 qram, dişilər isə 120 qramdır.


Braziliya, cənub-şərqi Kolombiya, Ekvador, Peru, və Şimali Bolivyanın yağışlı meşələrində yaşayan bu kiçik meymunlara bölgə xalqı cücə meymun deyir. Cəmi 15 il ətrafında ömrü olan bu kiçik meymunlar bir insanın barmağına dolanıb eləcə qalır.


Barmaq meymun ailəsinin istifadə etdiyi və bütün ailə üzvlərini xəbərdar etmək üçün xüsusi bir ünsiyyət üsulu vardır. Təhlükə anında fit səsinə bənzəyən incə bir səs titrəməsi ilə kilometrlərlə uzaqlıqdakı qohumlarına təhlükəni xəbər verərlər. Ümumiyyətlə 2 ilə 6 arası ailələr şəklində yaşayarlar.