Xəbərlər

“Uşaq hüquqlarının təşviqi” layihəsinə start verilib

“ASAN Könüllüləri” Təşkilatının və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Uşaq hüquqlarının təşviqi” layihəsinin icrasına başlanılıb.

 

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi ölkəmizdə uşaq hüquqlarının qorunması və təbliği, o cümlədən bu istiqamətdə peşəkar təlimçi qruplarının formalaşdırılması, paytaxtda və regionlarda əhalinin maarifləndirilməsidir.

 

Layihə çərçivəsində ekspertlər tərəfindən təlimçilər üçün təlim proqramı (TOT), maarifləndirici sessiyalar və uşaq hüquqlarının təşviqi günləri keçiriləcək. Həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Sabirabad, Bərdə, Masallı, Qəbələ və Quba şəhər və rayonlarında yaşayan əhalinin maarifləndirilməsi nəzərdə tutulur.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.