Tapmacalar

Musiqi alətlərinə aid tapmacalar

Ağacda var bağırsaq, 
Yel babanı çağırsaq, 
Ağzım açıb ney çalar, 
Süleymanı çağırsaq.                                                                    
Cavab:Kaman

 

altı cəhənnəm,
Üstü düzəngah. 
Qulaqları üç,
Saçları ülgüc.
Cavab:Saz

 


Dərdi qəmdən,
Təni zədən,
Əlin vursan,
Edər fəğan.
Cavab:Ney

 

İki küpə,
İki ağac,
Biri göydə,
Biri yerdə.
Cavab:Nağara

 

Qarğı qamış,
Ağza yapış,
Üstü deşik,
Gerisi beşik.
Cavab:Tütək

 

Qoz ağacın oyarlar, 
Üstünə tel qoyarlar, 
Vaxtsız durub ağlasa 
Qulağını burarlar.
Cavab:Kamança

 

Sağsağanlar qaqqıldar,
Başı mənim əlimdə,
Doqquz qovaq dillənər,
Tacı mənim əlimdə.
Cavab:Tar, saz

 

Toyda, düyündə gəzər,
Səsi aləmi bəzər.
Qabırğası qatbaqat,
Gah yavaş, gah da bərk dart.
Cavab:Qarmon

 

Tut ağacı, üzü pərdə, 
Barmaq gəzər pərdə-pərdə.
Gah dərində, gah zərində, 
Ağlar ahu-zar dilində.
Cavab:Tar

 

Üzük aldım, qaşı yox, 
Təpə gördüm, daşı yox. 
O nədir ki, ağlayır, 
Gözlərinin yaşı yox.
Cavab:Qaval